Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalında iki yenilik edilib


“Elektron hökumət” portalında iki yenilik tətbiq olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin portala istinadən verdiyi məlumata görə, “Elektron hökumət” portalındakı yeniliklərdən biri kod/parolla girişdə virtual klaviaturanın yerləşdirilməsi olub:

“Bu klaviatura vasitəsilə istifadəçi kompüterinin klaviaturasından istifadə etmədən asanlıqla, təhlükəsiz kod/parolu daxil edə bilər. Bu funksionallıq adətən kompüterdə ola biləcək hər hansı casus proqramın (KeyLogger) klaviaturadan daxil edilən məlumatları əldə etməsinin qarşısını almaq üçün istifadə olunur”.
 
Portalda həyata keçirilən digər yenilik istifadəçi məlumatları hissəsində “məlumatları yenilə” düyməsinin əlavə edilməsidir. Bu düymə istifadəçinin şəxsi kabinetindəki şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatlarında hər hansı dəyişiklik olduğu təqdirdə, bu məlumatların sistem vasitəsilə avtomatik yenilənməsini təmin edir.
 
CAHANGİR




17/12/15    Çap et