Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Belarusda “4G” şəbəkəsi işə salınıb
“BeCloud” operatoru 17 dekabr tarixində Minskdə “LTE Advanced” şəbəkəsini kommersiya istifadəsinə verib. İndi paytaxt sakinləri və şəhərin qonaqları dördüncü nəsil mobil rabitə xidmətindən istifadə edə biləcək.
“ICTnews” elektron xəbər xidməti “belta.by” resursuna istinadən xəbər verir ki, “4G” şəbəkəsi Belarus prezidentinin 2012-ci il 13 dekabr tarixli 556 nömrəli Fərmanına uyğun olaraq “beCloud” müəssisəsi tərəfindən qurulub.
Minskdə işə salınmış “LTE Advanced” şəbəkəsi yalnız məlumatların ötürülməsi deyil, həm də səs trafiki üzrə xidmət göstərilməsinə texniki baxımdan tamamilə hazırdır. Dördüncü nəsil mobil rabitə şəbəkəsi ilk öncə yalnız 1800 MHs diapazonunda işləyəcək, sonralar 2600 MHs tezlik diapazonundan da istifadə ediləcək.
Emil Hüseynov
17/12/15 Çap et