Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Birləşmiş Millətlər Təşkilatının İKT-nin terrorist məqsədlər ilə mübarizə üzrə xüsusi iclası keçirilir
Birləşmiş Millətlər Təşkilatının Terrorizm əleyhinə komitəsinin İKT-nin terrorizm məqsədi ilə sui-istifadəsi üzrə iclası və texniki sessiyaları keçirilir.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, iclasda bildirilib ki, terrorist qruplar interneti və sosial medianı zorakılığın radikallaşdırılması, təlim, planlaşma, məlumat toplamaq, rabitə, hazırlıq, hücumların maliyyələşməsi və icrası məqsədi ilə istifadə edirlər.
Təhlükəsizlik Şurasının Terrorizm əleyhinə komitəsi bu mövzuya həsr edilmiş iclasda insan hüquqlarını təmin etməklə yanaşı, terroristlərin internetdən məhrum edilməsi üzrə müzakirələr aparır. Müzakirələrdə "Facebook", "Google", "Microsoft", "Twitter", "Weibo" şirkətlərinin, Parisin baş prokurorunun və vətəndaş cəmiyyətinin fəalları iştirak edirlər.
Brifinq BMT üzvləri, müşahidəçi dövlətlər, dövlətlərarası təşkilatlar, xüsusi müəssisələr və eyni zamanda kütləvi informasiya vasitələri üçün açıqdır.
Aynur Vəliyeva
17/12/15 Çap et