Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kompüter “maus”unun hərəkəti nəticəsində insanın əhval-ruhiyyəsini müəyyənləşdirmək mümkündür
ABŞ-ın Briqama Yanqa Universitetinin professoru Ceffri Cenkins əmindir ki, qəzəb və bir sıra başqa mənfi emosiyalar insanı əlləri ilə daha çox hərəkət etməyə vadar edir. Bu halda “maus”un kursoru tərəfindən formalaşdırılmış "təsvir" dəyişir, daha xaotik şəkil alır və kursorun hərəkət sürəti kəskin artır.
“ICTnews” elektron xəbər xidməti “medvesti.com” resursuna istinadən xəbər verir ki, “maus”un hərəkəti haqda çox asanlıqla informasiya toplamaq mümkündür.
Bundan ötrü istifadəçinin kompüterinə xüsusi proqramı quraşdırmaq kifayətdir. Yüzlərlə insanın məlumatını emal edərək onların əhval-ruhiyyəsini təxmin etmək olar.
Emil Hüseynov
17/12/15 Çap et