Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” korporasiyasının yeni brauzeri ümidləri doğrultmadı
Son tədqiqatların nəticələrinə əsasən, yeni “Windows 10” əməliyyat sisteminin bir çox istifadəçiləri “Edge” brauzerini yoxladıqdan sonra internetdə sörfinq üçün alternativ proqramlardan istifadə edirlər.
“ICTnews” elektron xəbər xidməti “ixbt.com” resursuna istinadən xəbər verir ki, üç müxtəlif mənbənin məlumatlarına əsasən, yeni “Edge” brauzeri həm ABŞ-da, həm də bütün dünyada populyarlığını itirir. ABŞ-ın “Net Applications” nəşrinin məlumatına əsasən, cari ilin avqustunda “Windows 10” istifadəçilərinin 39 faizi “Edge” brauzerinin köməyi ilə müvafiq sayta daxil olublar.
İrlandiyanın “StatCounter” analitik şirkətinin nümayəndəsi isə iddia edir ki, avqust-noyabr aylarında brauzerlər bazarında “Edge”nin payı 15,2-dən 12,9 faizədək azalıb.
Emil Hüseynov
17/12/15 Çap et