Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Braziliyada “WhatsApp”ın bloklanması qərarı ləğv olundu


Braziliyanın San-Paulo şəhər məhkəməsinin qərarına əsasən, populyar “WhatsApp” messencerindən istifadəyə qadağa aradan qaldırılıb.

Həmçinin qeyd edilib ki, proqrama giriş dərhal bərpa edilməlidir. Hakim Havyer de Souza deyib ki, milyonlarla istifadəçi şirkətin səhvi ucbatından əziyyət çəkməməlidir, buna görə “WhatsApp” messencerinin bloklanması çox səmərəsiz bir addımdır.

Xatırladaq ki, 17 dekabr tarixində Braziliyada əhalinin 93 faizi tərəfindən istifadə olunan “WhatsApp” messencerinin 48 saat müddətinə bloklanması elan edilmişdi. Bu, şirkətin kriminal araşdırma ilə əlaqədar məlumatı məhkəməyə təqdim etmək istəməməsi ilə izah edilir.

Sözügedən messencerin yaradıcısı Yan Koum bildirib ki, bu qərardan çox məyus olub. Onun sözlərinə görə, Braziliyanın özünü dünyadan təcrid etməsini görmək çox kədərlidir.

Emil Hüseynov





18/12/15    Çap et