Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da istifadəçilərin internetdə izlənilməsi qadağan edilə bilər


Amerikalı senatorlar Riçard Blumental və Ed Merki tərəfindən təqdim edilmiş yeni qanun layihəsi istifadəçilərin internetdəki fəaliyyətinin qanunsuz izlənilməsini qadağan edir.
 
“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” resursuna istinadən xəbər verir ki, “Do Not Track Online Act of 2015” adlı sənəd ABŞ Federal Ticarət Komissiyasının üzərinə kontent provayderlərə istifadəçilərin icazəsi olmadan fərdi məlumatların toplanılmasını qadağan edən yeni qaydaların hazırlanması öhdəçiliyini qoyur. Qanunu pozanlar üçün mülki-hüquqi sanksiyalar nəzərdə tutulub.
 
Emil Hüseynov





18/12/15    Çap et