Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2015-ci ildə “SİM” kartların qlobal tədarük həcmi 5.4 milyarda çatacaq


"ABI Research" analitik şirkətinin qiymətləndirməsinə görə, 2015-ci ildə "SİM" kartların qlobal tədarük həcmi 5.4 milyarda yaxınlaşacaq ki, bu da  ötənilki göstəricidən 4 faiz yüksəkdir.  
 
"4G" və "3G" texnologiyasını dəstəkləyən "SİM" kart seqmentində artım müşahidə olunacaq: tədarük həcmi müvafiq olaraq 109 və 12 faiz artacaq. Əksinə olaraq, "2G" kateqoriyasında 14 faiz səviyyəsində azalma proqnozlaşdırılır.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" resursuna istinadən xəbər verir ki, təmassız mobil ödənişlər üçün istifadə edilən "NFC" texnologiyasını dəstəkləyən "SİM" kartlar seqmentində nəzərəçarpacaq azalma gözlənilir.
 
Əgər 2014-cü ildə bu kateqoriyada 120 faiz səviyyəsində artım qeydə alınmışdısa, cari ildə 21 faizədək azalma baş verəcək. Analitiklər belə "SİM" kartların tədarük həcmini 204 milyon səviyyəsində proqnozlaşdırır.
 
Emil Hüseynov





21/12/15    Çap et