Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəmilərin bortunda qonaqları robotlar müşayiət edəcək


"Carnival Corporation" kruiz şirkəti öz gəmilərində Yaponiyanın "Pepper" robotlarından istifadə edəcək.
 
Sözügedən şirkət "Pepper" robotlarından istifadəyə dair 1.1 milyon dollarlıq saziş imzalayıb. Adı çəkilən robotlar Yaponiyanın "Aldebaran" şirkəti tərəfindən hazırlanıb.
 
"ICTnews" elektron xəbər xidməti "ubr.ua" resursuna istinadən xəbər verir ki, "Pepper" oxumağı bacaran və insan emosiyalarına reaksiya verən ilk robotdur. Bu robotlar gəmilərin bortunda qonaqları müşayiət edəcək, restoran və ekskursiya haqda öz tövsiyələrini verəcək. Robotlar alman, italyan və ya ingilis dillərində danışır.
 
Məlumata əsasən, bir "Pepper" robotu "AIDAStella" gəmisinin bortunda sınaq müddətini keçib.
 
"Biz gəminin bortunda robotların xidmətindən istifadə edərək innovasiyalara olan sevgimizi bir daha nümayiş etdiririk" – "Carnival Corporation" şirkətinin tərkibinə daxil olan "Costa" qrupunun icraçı direktoru Maykl Tamm belə deyib.

Emil Hüseynov




22/12/15    Çap et