Azərbaycanda şifrənin təhlükəsizlik səviyyəsini müəyyənləşdirən xidmət istifadəyə verilib
Azərbaycanda şifrənin təhlükəsizlik səviyyəsini müəyyən edən xidmət işə salınıb.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (KİMM) "Şifrə təhlükəsizliyi" xidmətini istifadəyə verməsi internet istifadəçilərinin işini asanlaşdırıb.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə,
mərkəzin saytında təqdim olunan bu xidmət vasitəsi ilə hər bir istifadəçi özünün internet məkanda istifadə etdiyi şifrə kombinasiyalarının təhlükəsiz olub-olmadığını yoxlaya bilər.
Belə ki, istifadəçi saytda "Şifrə təhlükəsizliyi" bölməsinə daxil olaraq boşluğa şifrəni qeyd edir. Bundan sonra şifrənin mürəkkəbliyinin hansı səviyyədə olması yazı şəklində və faizlə göstərilir.
CAHANGİR