Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

1 yanvar 2016-cı il tarixindən internet təhlükəsizliyini təmin edən alqoritm yenisi ilə əvəz ediləcək


İnternet təhlükəsizliyini təmin edən "SHA-1" kriptoqrafiya alqoritminin istifadədən çıxarılması gözlənilir. Köhnəlmiş versiyanı "SHA-2" alqoritmi əvəz edəcək.

Beləliklə, 1 yanvar 2016-cı il tarixinədək istifadəçilərin yeni "SHA-2" kriptoqrafiya alqoritminə keçidi zəruridir. Əks təqdirdə,  dünyanın bir çox ölkələrindən milyonlarla istifadəçi internet saytlarda məhdudiyyətlərlə üzləşə bilər. Sahə ekspertlərinin fikrincə, risk qrupuna inkişaf etməkdə olan ölkələrin sakinləri daxildir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "www.igate.com.ua" resursuna istinadən yazır ki, yeni "CloudFlare" hesabatına görə, "SHA-2" alqoritminin Qərbi Avropa və Şimali Amerikada dəstəklənmə göstəricisi 99 faizi ötür. Lakin Çin, Kamerun, Yəmən, Sudan, Misir və Liviya kimi ölkələrdə internet istifadəçilərinin 5 faizi alqoritmi dəstəkləməyən köhnə brauzer versiyalarından istifadə edir. Məhz onların yeni alqoritm versiyasına keçiddən ən çox zərər çəkəcəkləri bildirilir.
 
Nizam Nuriyev




26/12/15    Çap et