Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Uzadıla bilən elastik çap platası yaradılıb


Yaponiyanın “Panasonic” şirkəti tərəfindən yaradılmış uzadıla bilən izolyasiyalı plyonka gələcəyin elastik elektron qurğularında istifadə edilə bilər. Material 2.5 dəfə uzadıla bilir və sonra yenidən ilkin formasını alır. Yapon istehsalçısı, həmçinin şəffaf elektrod hazırlayıb.
 
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” resursuna istinadən yazır ki, sözügedən həll şirkətin öz texnologiyası əsasında işlənib hazırlanıb.
 
Müqayisə üçün qeyd edək ki, adi keçirici metal uzadılma zamanı dağılır. Bu da metal naqilin mürəkkəb çap platalarından istifadəsini məhdudlaşdırır.
 
Emil Hüseynov
 





29/12/15    Çap et