Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən mükəmməl optik müşahidə sistemli peyki orbitə göndərilib


Çin yüksək təsvir ölçülü aparatura ilə təchiz edilən "Gaofeng-4” Yerin məsafədən zondlama peykini buraxıb. Çin Dövlət Kosmik Elmlər, Texnologiya və Sənaye İdarəsinin məlumatına görə, aparat Sıçuan əyalətində yerləşən Siçan kosmodromundan “Chancheng” raketdaşıyıcısının köməyi ilə kosmosa göndərilib.

"Gaofeng-4” Yerdən 36 min km hündürlüyə qaldırılıb.

İdarə rəhbəri Syu Daçjenin sözlərinə görə, geosinxron orbitə çıxarılan optik müşahidə sistemli peyk hazırda dünyanın bu tipli ən mükəmməl aparatıdır.

Layihə konstruktoru Li Qo bəyan edib ki, peyk Yerin məsafədən zondlama peyklərində ən yaxşı yüksək təsvir ölçüsünü təmin edən “CMOS” kamerasının köməyi ilə dənizdəki neft tankerini müşahidə etmək qabiliyyətinə malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti www.tass.ru” saytına istinadən yazır ki, peykdən geoloji proseslərin və meşə yanğınlarının izlənilməsi, meteoroloji proqnozların tərtibi üçün istifadə olunacaq. “Gaofeng” layihəsi çərçivəsində Çində ümumilikdə 2020-ci ilədək yeddi belə aparatın orbitə göndərilməsi planlaşdırılır.
 
Nizam Nuriyev




29/12/15    Çap et