Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səfir: “Azərbaycan milli peykinin orbitə buraxılması ilə bağlı həyata keçirilən işləri diqqətlə izləyirik”


“Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafı sürətlə gedir və əldə olunan uğurlarda nazir Əli Abbasovun böyük əməyi var”.

Bu barədə “İCTNews”-in suallarını cavablandıran Avstriyanın ölkəmizdə Fövqəladə və səlahiyyətli səfiri, xanım Silviya Mayer-Kaybic bildirib.

O bildirib ki, ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlər Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatında da xüsusi vurğulanıb və bu irəliləyiş ilbəil artır.

Səfir Azərbaycanda rəqəmsal fərqin aradan qaldırılması və milli peykin orbitə çıxarılması istiqamətində həyata keçirilən işləri də yüksək qiymətləndirib.

"Azərbaycan milli peykinin orbitə buraxılması ilə bağlı həyata keçirilən işləri diqqətlə izləyirik. Bu, çox böyük layihədir. Bundan əlavə, “Elektron hökumət” layihəsinin tətbiqi bizim üçün çox böyük əhəmiyyət kəsb edir.

Bu mövzu ilə bağlı sabah xüsusi müzakirə aparılacaq. Biz bu sahədə Azərbaycan tərəfi ilə bir çox məsələləri müzakirə edəcəyik", - deyə səfir qeyd edib.




19/09/11    Çap et