Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitəçilər məcburi köçkün ailələrinə bayram sovqatı aparıblar


Dünya Azərbaycanlılarının Həmrəylik Günü və  Yeni il Bayramı münasibətilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nümayəndələri məcburi köçkün ailələrini təbrik ediblər.
 
Nazirlik tərəfindən Kəlbəcər, Ağdam, Laçın, Füzuli rayonlarından məcburi köçkün kimi Goranboy rayonu ərazisində məskunlaşmış 1700-dən artıq ailəyə bayram sovqatı təqdim edilib.
 
Həmçinin Bakının Goradil qəsəbəsində yerləşən RYTN-in "Rabitəçi" sağlamlıq düşərgəsində məskunlaşmış 100-dək məcburi köçkün ailəsinə bayram sovqatı çatdırılıb.
 
 
 
 
 
 
 
 
 




29/12/15    Çap et