Çin orbitə yeni rabitə peyki buraxıb
Çin Siçuan əyalətinin cənub-qərbində yerləşən Siçan kosmodromundan “Çonsin-1A” yeni rabitə peykinin kosmosa buraxılışını uğurla həyata keçirib.
Peyk Pekin vaxtı ilə 0:33-də (Bakı vaxtı ilə bazar günü saat 21:33-də) Çinin “Böyük yürüş-3B” raketdaşıyıcısının köməyi ilə nəzərdə tutulan orbitə çıxarılıb.
“Çonsin-1A” Çin Aerokosmik Elm və Texnologiyalar Korporasiyası yanında Kosmik Texnika Akademiyasında işlənərək hazırlanıb. Peyk Çin ərazisində yüksək keyfiyyətli səsli rabitə və internet məlumatların ötürülməsi xidmətlərini təqdim edəcək.
www.mincom.gov.az