Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qəzet kimi bükülən displey nümayiş etdiriləcək
2014-cü ildə "LG" şirkətinin nümayəndəsi bildirmişdi ki, qəzet kimi bükülən 18 düymlük "OLED" displey yaradıb.
"ICTnews" elektron xəbər xidməti "newsland.com" resursuna istinadən yazır ki, artıq sözügedən şirkət ultra nazik displeyini "CES" beynəlxalq istehlak sərgisində ictimaiyyətə nümayiş etdirməyə hazırdır. Cənubi Koreya şirkəti sərgi çərçivəsində bir çox yeniliklərini təqdim etməyi planlaşdırır. Məsələn, diametri 3 sm, təsvir ölçüsü 1200x810 piksel təşkil edən dairəvi "OLED" displeyin nümayiş etdiriləcəyi də gözlənilir. Belə displeylər futuristik (müasir-mütərəqqi) qurğuların hazırlanmasını mümkün edəcək.
Bundan başqa, "LG" şirkəti televizor üçün kağız kimi nazik 55 düymlük "OLED" displeyini təqdim etməyi planlaşdırır. Həmçinin displeyin hər iki tərəfindən tamamilə fərqli təsvirlərin göstərilməsinə imkan verən yeni displey də nümayiş etdirilməlidir.
Emil Hüseynov
05/01/16 Çap et