Elektron Təhlükəsizlik Mərkəzi “WordPress” bloq platforması ilə bağlı tövsiyələr təqdim edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi dünyada ən çox istifadə edilən, açıq qaynaq kod şəkilində istifadəçilərin ödənişsiz istifadəsi üçün nəzərdə tutulan "WordPress" bloq platforması və məzmunun idarəolunması sistemi haqqında faydalı ola biləcək tövsiyələr təqdim edib.
Qeyd edilib ki, "WordPress" – xüsusilə sıfırdan proqram yazmaq istəməyən, lakin öz veb saytını qurmaq istəyən şəxslər üçün nəzərdə tutulub. Açıq mənbə kodlu proqram olduğundan hər kəs ondan yararlana bilər.
"WordPress"in üstünlükləri:
-
"WordPress" çox asanlıqla və sadə üsulla öz veb səhifənizi yaratmağa imkan verir;
-
Yaratdığınız bu səhifə və ya saytı kütləyə təqdim etməyinizə şərait yaradır;
-
Yeni təcrübə qazanmağınızı təmin edir;
-
Bu sistemin nüvəsi çoxsaylı könüllü proqramçılar tərəfindən hazırlanıb və daim dəstəklənməkdədir;
-
Eyni zamanda "WordPress" ilə quracağınız saytda istifadə etmək üçün minlərlə pulsuz mövzu (theme) və qoşmalar (plugin) əlavə edə bilmənizi təmin edir;
-
Statistikalar göstərir ki, hər yeni 100 saytdan 70-i "WordPress" platforması üzərində qurulur. Bu da "WordPress"-in üstünlüklərini bir daha sübut edir.
Buna baxmayaraq, hər bir texnologiya kimi "WordPress" də bəzən təhlükələr qarşısında aciz qalır. Belə ki, "WordPress" saytlarında aşkar olunan təhlükəsizlik zəiflikləri (vulnerability) nəticəsində yalnız bir sayt deyil, bu terminal üzərində olan bütün saytlar təhlükə qarşısında qala bilər.
Yuxarıda qeyd olunan statistikalara əsasən belə nəticəyə gəlmək olar ki, "WordPress" platformalarında qurulmuş veb saytların tez-tez kiberhücumlara məruz qalması riski də artır.
Bu cür problemlərin qarşısının alınması üçün "WordPress"lə bağlı təhlükəsizlik yeniliklərini daim izləmək, yeni zəifliklərdən dərhal xəbərdar olmaq, aşkar olunan zəiflikləri vaxtında aradan qaldırmaq və sistemi yeniləmək tövsiyə olunur.
"WordPress" platformasında veb sayt hazırlamış istifadəçilər üçün 2015-ci ildə bu platformada aşkar olunmuş zəifliklərin siyahısını təqdim edir və öz internet informasiya ehtiyatlarının bu zəifliklərə qarşı yoxlanmasını tövsiyə edirik:
Ən son aşkar olunmuş zəifliklər:
-
2015-09-15 WordPress <= 4.3 - Authenticated Shortcode Tags Cross-Site Scripting (XSS)
-
2015-09-15 WordPress <= 4.3 - User List Table Cross-Site Scripting (XSS)
-
2015-09-15 WordPress <= 4.3 - Publish Post and Mark as Sticky Permission Issue
-
2015-08-05 WordPress <= 4.2.3 - Timing Side Channel Attack
-
2015-08-05 WordPress <= 4.2.3 - Widgets Title Cross-Site Scripting (XSS)
-
2015-08-05 WordPress <= 4.2.3 - Nav Menu Title Cross-Site Scripting (XSS)
-
2015-08-05 WordPress <= 4.2.3 - Legacy Theme Preview Cross-Site Scripting (XSS)
-
2015-ci ildə çıxan Plugin açıqları (Vulnerabilities)
-
2015-12-18 mTouch Quiz <= 3.1.2 - Multiple Vulnerabilities XSS & CSRF
-
2015-12-16 Admin Management Xtended <= 2.4.0 - Privilege Escalation
-
2015-12-09 YAWPP <= 1.2.2 - Unauthenticated Persistent Cross-Site Scripting (XSS)
-
2015-12-11 WP Easy Poll <= 1.1.3 - Cross-Site Scripting (XSS) & CSRF
-
2015-12-02 Ultimate Member <= 1.3.28 - Unauthenticated Reflected Cross-Site Scripting (XSS)
-
2015-12-02 Role Scoper <= 1.3.66 - Unauthenticated Reflected Cross-Site Scripting (XSS)
-
2015-12-04 Cool Video Gallery <= 1.9 - Authenticated Command Injection
2015-ci ildə aşkar olunmuş mövzu (theme) zəiflikləri:
-
2015-08-03 Builder Theme <= 1.4.0 - PrettyPhoto DOM Cross-Site Scripting (XSS)
-
2015-06-26 Multiple Themes - Privilige Escalation
-
2015-06-18 Salem Theme <= 1.5.5 - PrettyPhoto DOM Cross-Site Scripting (XSS)
-
2015-06-16 Salient Theme <= 4.9 - DOM Cross-Site Scripting (XSS)
-
2015-09-08 uDesign Theme 1.8.0-2.7.9 - DOM Cross-Site Scripting (XSS)
-
2015-05-27 ThemeMakers Themes - Information Disclosure
-
2015-05-14 Modern Theme <= 1.4.1 - DOM Cross-Site Scripting (XSS)
Kiberhücumlarda ən çox istifadə olunan zəifliklər:
-
2014-11-25 WordPress <= 4.0 - CSRF in wp-login.php Password Reset
-
2015-03-11 WordPress SEO by Yoast <= 1.7.3.3 - Blind SQL Injection
-
2015-06-11 WordPress 4.1 - 4.1.1 - Arbitrary File Upload
-
2014-11-30 WordPress <= 4.0 - Server Side Request Forgery (SSRF)
-
2014-11-20 WordPress <= 4.0 - Long Password Denial of Service (DoS)
-
2014-11-30 WordPress 3.9, 3.9.1, 3.9.2, 4.0 - XSS in Media Playlists
-
2015-08-04 WordPress <= 4.2.3 - wp_untrash_post_comments SQL Injection