Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti “Internet Explorer” brauzerinin köhnə versiyalarına dəstəyi dayandırır


“Microsoft” şirkəti yanvarın 12-də “Internet Explorer” brauzerinin 8, 9 və 10-cu versiyalarına dəstəyi dayandıracaq.

Şirkət sözügedən brauzer üçün son yeniləmə paketini buraxmağı planlaşdırır, bundan sonra brauzerin adıçəkilən versiyaları üçün yeniləmələrin buraxılışı dayandırılacaq.
 
 
“ICTnews” elektron xəbər xidməti “hi-news.ru” resursuna istinadən yazır ki, dəstəyin dayandırılması o deməkdir ki, “Internet Explorer” brauzerinin köhnə versiyaları üçün təhlükəsizliyi gücləndirən yeniləmələr buraxılmayacaq.
 
Proqram nəhəngi “IE” brauzerinin 8, 9 və 10-cu versiyalarına dəstəyin dayandırılmasını hələ 2014-cü ilin avqustunda planlaşdırmışdı. Ötən ilin martında “Microsoft” şirkətinin rəsmisi bəyan etmişdi ki, bir müddət korporativ sektorda “IE” brauzeri dəstəklənəcək, ancaq daha yeni versiyalara keçid tövsiyə edilib. Amma hələ də dünyada yüz milyonlarla  insan “Internet Explorer” brauzerinin köhnə versiyalarından istifadə edir və “Microsoft”un nümayəndəsi deyir ki, belə kompüterlər risk zonasındadır.
 
Emil Hüseynov





07/01/16    Çap et