Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sistemi ziyanverici proqramdan necə qorumaq olar?


Ziyanverici proqramlar - informasiya sistemlərinə ziyan vurmaq üçün yaradılmış təhlükəli proqramlardır. Ziyanverici proqramlar sistemlərə istifadəçinin xəbəri və icazəsi olmadan yüklənir və kompüterin fəaliyyətinə təsir göstərir.
 
Ziyanverici proqramların daha geniş yayılmış növləri - troyanlar, casus proqramları, soxulcanlar, viruslar və şəbəkə qurdlarıdır. Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi  istifadəçilər üçün faydalı olacağını nəzərə alaraq ziyanverici proqramlarla bağlı tövsiyələr hazırlayıb.
 
 
 
 
 
 
Ziyanverici proqramların əsas xarakterik xüsusiyyətləri gizli formada yayılması və sistemə sızması, özünü gizləməsi və istifadəçinin xəbəri olmadan kompüterə ziyan vuraraq məlumatları oğurlamasıdır.
 
Ziyanverici proqramlar kompüterlərə necə nüfuz edir?
 
Ziyanverici proqramlar kompüterlərə İnternet və ya hər hansı yaddaş qurğuları vasitəsilə yoluxur. Belə ki, ziyanverici proqramlar sizin kompüterinizə e-poçt hesabınıza əlavə olunmuş müxtəlif növ fayllar vasitəsilə, eləcə də, internetdən kompüterinizə yükləmək istədiyiniz fayllar vasitəsilə yoluxa bilər. Hər hansı bir keçidə səhvən kliklədikdə və ya tanımadığınız veb sayta daxil olmaq istədikdə siz qeyri-etik məzmuna və ya ziyanverici proqrama malik veb sayta daxil ola bilərsiniz. İstifadəçilərə bir kompüterdən digərinə birbaşa fayl mübadiləsinə imkan verən (P2P) şəbəkələrdə ziyanverici proqramların kompüterlərə yoluxması və yayılması riski də çox böyükdür.
 
Ziyanverici proqramlar kompüterin işinə necə təsir edir?
 
Ümumiyyətlə, kompüterin ziyanverici proqrama yoluxması əlamətləri – "pop-up" (istifadəçinin fəaliyyətindən kənar, avtomatik şəkildə açılan, üzəçıxan) pəncərələr, sistemin performansının enməsi, brauzerə verilən sorğuların arzuolunmaz veb saytlara yönləndirilməsi və s. ola bilər. Ziyanverici proqramlar sistemin normal funksionallığını o dərəcədə aşağı sala bilər ki, sistemin öz işini dayandırması, məlumatların dəyişdirilməsi və şəbəkənin performansının enməsinə səbəb ola bilər. Bundan başqa, bəzən kompüteri yenidən işə salmaq və ya söndürmək mümkün olmur.
 
Kompüterinizin ziyanverici proqramlara yoluxduğunu düşünürsünüzsə:
 
 
 
 
 
 
 
 
 
Qurğularınızdakı proqram təminatlarını müntəzəm olaraq yeniləyin:
 
Kibercinayətkarlar hər zaman proqramlardakı boşluqlardan bacarıqla istifadə etməyə cəhd göstərirlər. Buna görə də:
 
 
 
 
 
 
Mürəkkəb şifrlərdən istifadə edin və onları gizli saxlayın:
 
 
 
 
 
 
"Firewall"-u heç vaxt deaktiv etməyin:
 
 
"Firewall" kompüteriniz və İnternet arasında müdafiə səddi rolunu oynayır. Onun 1 dəqiqəlik belə sönməsi kompüterin ziyanvericiyə yoluxma riskini dəfələrlə artırır.
 
 
USB yaddaş qurğularından istifadə edərkən diqqətli olun:
 
 
 
 
 
 




09/01/16    Çap et