Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” şirkəti “Optimus Q2” smartfonunu “QWERTY” klaviatura ilə təchiz edib
“LG Electronics” şirkəti "yan slayder" form-faktorunda hazırlanmış “Optimus Q2” smartfonunu təqdim edib.
Aparat 4 düymlü sensor ekranla (kəskinlik - 800×480 nöqtə) və “QWERTY” düzülüşlü irəli və geri çəkilən klaviatura ilə təchiz edilib. Arxa paneldə 5 meqapikselli kamera yerləşib; həmçinin ön hissədə videoəlaqə üçün nəzərdə tutulmuş 0,3 meqapiksel kamera var.
Smartfonun əsasını 1,2 QHz takt tezliyində işləyən 2 nüvəli “ARM” prosessorla olan yenilənmiş “nVidia Tegra” platforması təşkil edir.
Smartfon “Wi-Fi Direct” texnologiyası dəstəyi ilə “Bluetooth” və “Wi-Fi” (802.11b/g/n) simsiz əlaqə adapterlərinə malikdir.
Bu, kompyuter və portativ qurğulara bir-biri ilə marşrutlayıcılardan və giriş nöqtələrdən istifadə etmədən “Wi-Fi” mövcud protokolu üzrə birbaşa əlaqə yaratmağa imkan yaradır. Yeniliyin qalınlığı 12,3 millimetr, çəkisi 147 qramdır. Qiyməti haqqında hələlik məlumat yoxdur.
19/09/11 Çap et