Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dövlət Komissiyası internet resursunda mesaj xidmətini tətbiq edib


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) elektron müraciət prosedurunu sadələşdirib.
 
“ICTnews” Elektron Xəbər Xidmətinin məlumatına görə, komissiya rəsmi saytı üzərindən mesaj xidmətini istifadəyə verib.
 
Xidmətin tətbiqi vətəndaşların müraciətlərinin daha operativ araşdırılaraq cavablandırılması məqsədi daşıyır.
 
Komissiyaya müraciət ünvanlamaq istəyən vətəndaş heç bir qeydiyyat tələb etməyən bu xidmətə daxil olaraq müraciətini tez və rahat formada quruma göndərir, bir neçə dəqiqə ərzində müraciətə cavab verilir.
 
CAHANGİR
 
 
 
 
 




11/01/16    Çap et