Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfon istifadəçiləri internet vasitəsi ilə mobil rabitəyə üstünlük verir
"Deloitte" şirkətinin araşdırmasına əsasən, 2015-ci ildə inkişaf etmiş ölkələrdə smartfon istifadəçilərinin 22 faizi ənənəvi messencerlər üzərindən ənənəvi səsli zənglərə ünsiyyətə üstünlük veriblər.
Analitiklərin proqnozuna əsasən, cari ildə belə istifadəçilərin sayı 26 faizədək yüksələcək. Əksər hallarda 18-24 yaşlı gənclər ənənəvi mobil rabitə əvəzinə internetdən istifadə edirlər.
"ICTnews" elektron xəbər xidməti "rbc.ru" saytına istinadən yazır ki, səsli zənglərdən istifadə etməyənlər üçün ani mesajlar, elektron poçt və sosial şəbəkələr ən populyar ünsiyyət üsullarıdır.
Bu tendensiyalar ənənəvi zənglərlə bağlı xidmətlər hesabına müştəriləri özünə cəlb edən smartfon istehsalçıları üçün ciddi fəsad yaradacaq.
Məsələn, çox vaxt mesajların oxunması və göndərilməsi üçün istifadə edilən böyük diaqonallı ekrana malik mobil qurğular – fabletlər populyarlaşacaq.
Emil Hüseynov
12/01/16 Çap et