Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkə əhalisi elektron qaydada daha çox qeyri-ərzaq məhsulları satın alır


Azərbaycan Dövlət Statistika Komitəsi 2015-ci ildə ölkəmizdə həyata keçirilən elektron ticarətin həcmini açıqlayıb.
 
Komitədən verilən məlumata görə, hesabat ilində elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü ilə nisbətən 1,9 dəfə artaraq 12,8 milyon manat təşkil edib.
 
Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,1 faizi hüquqi şəxslərdən, 8,9 faizi isə fərdi sahibkarlardan alınıb. Bu istiqamətdə ticarət dövriyyəsinin 96,2 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.
 
CAHANGİR




13/01/16    Çap et