Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ilin 7 texnoloji trendi


Yenicə qədəm qoyduğumuz ilin yanvar ayının ilk günlərində Las-Veqasda "Consumer Electronics Show" ("CES") beynəlxalq elektronika sərgisi keçirilib.


"ICTnews" Elektron Xəbər Xidməti "rusbase.com" resursuna istinadən yazır ki, hər il təşkil olunan sərgi  yeni texnologiyalar sahəsinin yeni trendlərini müəyyən edir. O baxımdan bu il də sərgidə təqdim olunan yenilikləri ilin trendləri hesab etmək olar.
 





  1. Gələcəyin avtomobili







Məlumdur ki, sürücüsüz idarə olunan maşınlar avtomobil nəqliyyatının gələcəyidir. Elə sözügedən sərgidə də əvvəlki illərlə müqayisədə daha çox sürücüsüz avtomobillər nümayiş etdirilib. Bu isə o deməkdir, yaxın gələcəkdə özü idarə olunan maşınlardan istifadəyə başlanılacaq.
 
  1. Virtual reallıq texnologiyalarının inkişafı


 


Cari ildə virtual reallıq texnologiyaları sahəsində böyük irəliləyiş gözlənilir. Son versiya "CES" sərgisində təqdim edilən "Oculus Rift" virtual reallıq eynəyinin təkmilləşdirilməsi üzrə aparılan işlər davam etdirilir. Qeyd edək ki, "Facebook" daxil olmaqla populyar xidmətlər artıq 360 dərəcə formatlı panorama videosunun göstərilməsini dəstəkləyir.
 
  1. Pilotsuz uçan aparatlar





Bu sahədə maneələrə (ABŞ və Rusiyada pilotsuz uçan aparatların məcburi qeydiyyatı tətbiq olunub) baxmayaraq, 2016-cı ildə böyük irəliləyiş gözlənilir. Əvvəlki modellərlə müqayisədə yeni modellər daha sürətli və yaxşı manevr etmək qabiliyyətinə malikdir.
 
 
  1. Yeni nəsil striminq video xidmətləri





 
Ən böyük  axınlı video tədarükçüləri olan "Netflix" və "YouTube" "CES 2016" sərgisinin əsas iştirakçıları olublar. Bu o deməkdir ki, cari ildə striminq video xidmətləri öz tamaşaçılarını yeniliklərlə sevindirməyə davam edəcək. Bu xidmətlər yeni tendensiyaları ("4K" formatı, 360 dərəcə formatında video və virtual reallıq) müəyyən edəcək. "Netflix" xidməti 1 yanvar 2016-cı il tarixindən etibarən dünyanın 130 ölkəsində işə salınıb. Yeri gəlmişkən qeyd edək ki, "Netflix" yanvarın 6-dan Azərbaycanda da xidmət göstərməyə başlayıb. Bu barədə şirkətin baş direktoru Reed Hastings məlumat verib.
 
 
 
  1. "Ağıllı ev" texnologiyalarının inteqrasiyası








Ötən il "ağıllı" ev üçün texnologiyalar sahəsində ümidverici həllər yaradılsa  da, lakin bu məhsullar kütləviləşmədi. "Apple" və "Google" şirkətlərinin "ağıllı" ev üçün nəzərdə tutulmuş platformaları smart qurğuları vahid sistem üzrə birləşdirməyi planlaşdırılsa da, lakin bu, hələ qeyri-müəyyən müddətə təxirə salınıb. Bununla belə, cari ildə yeniliklər gözlənilir.
 
 
 
  1. Fərdi mini nəqliyyat






Bir çoxları yəqin ki "Hoverboard" adlı cihazla tanışdır. Maqnit sahəsinin köməyi ilə asfalta toxunmadan uçan bu nəqliyyat növünün təhlükəsizliyi müzakirə mövzusu olsa da, "CES 2016" sərgisində bu sahədə bir çox yeniliklər nümayiş etdirilib.
 
  1. Sağlamlığın qeydinə qalan cihazlar









"Ağıllı ev" texnologiyalarından fərqli olaraq, personal tibbi qurğular "qızıl dövrünü" yaşayır. Qabaqcıl sensorlar, çiplər və simsiz ölçü cihazları real vaxt rejimində müxtəlif fizioloji parametrlərə nəzarət etməyə imkan verirlər. Bu il "CES 2016" istehlak sərgisində belə qurğular da nümayiş etdirilib.

Emil Hüseynov
 
 
 
 
 




13/01/16    Çap et