Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda elektron imza sahiblərinin sayı bir ildə 35 faiz artıb
Ölkəmizdə elektron imzaya maraq çoxalıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən "ICTnews" Elektron Xəbər Xidmətinə verilən məlumata görə, bu ilin əvvəlinə qədər ümumilikdə 38618 elektron imza istifadəyə verilib.
Bu elektron imzaların 23795-i dövlət qurumlarının, 7913-ü fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər isə 6910 elektron imza əldə edib.
Ötən il istifadəyə verilən elektron imzaların sayı 10039 olub, 35 faiz artım qeydə alınıb.
CAHANGİR
18/01/16 Çap et