Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İstənilən orqanın vəziyyətini dəqiq müayinə edən sensor yaradılıb
ABŞ-ın Vaşinqton və İllinoysk universitetlərinin əməkdaşları tərəfindən beyinə implantasiya edilən simsiz sensorlar hazırlanıb.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, yeni tip sensorlar zərurət yarandıqda kəllədaxili temperatur, təzyiq, turşuluq dərəcəsi daxil olmaqla müxtəlif parametrlərin müayinəsini həyata keçirməyə imkan verir.
Bu sensorlarda böyükölçülü naqilli sensorlarda mövcud olan çatışmazlıqlar (infeksiya keçirə bilər və toxumaların arzuolunmaz reaksiyasına səbəb ola bilər) yoxdur. Alimlərin sözlərinə görə, yeni həll istənilən orqanın vəziyyətinin monitorinqində istifadə edilə bilər. Yaxın vaxtlarda yeni texnologiya insanlar üzərində sınaqdan keçiriləcək.
Emil Hüseynov
21/01/16 Çap et