Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda informasiya və rabitə xidmətlərinin həcmi 6,8 faiz artıb


Azərbaycanda ötən il informasiya və rabitə müəssisələri hüquqi və fiziki şəxslərə 1642,8 milyon manatlıq xidmət göstərib, onların da 72,6 faizi əhali sektoruna aid olub.
 
"ICTnews" Elektron Xəbər Xidmətinin məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin 2015-ci ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair hesabatında əksini tapıb.
 
Statistik göstəricilərə görə, 2014-cü illə müqayisədə ötən il informasiya və rabitə xidmətlərinin həcmi 6,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.
 
CAHANGİR




21/01/16    Çap et