Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnformasiya təhlükəsizliyi kontekstində elektron təhlükəsizlik” mövzusunda təlimlərə başlanılıb
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “İnformasiya təhlükəsizliyi kontekstində elektron təhlükəsizlik” mövzusunda təlimlərə start verilib.
Təlimin məqsədi elektron informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində gənclərin hazırlığının artırılması, məlumatların mühafizəsi üsulları və sosial mediadan düzgün istifadə qaydalarının aşılanması, o cümlədən bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır.
MEK-dən bildirilib ki, təlim müddətində iştirakçılar elektron informasiya təhlükəsizliyi, konfidensial və fərdi məlumatların mühafizəsi üsulları, virtual mühitdə informasiya üçün təhlükə yaradan daxili və xarici faktorlar, kitabxanalarda konfidensial məlumatlardan istifadə qaydaları, internet məzmun təhlükəsizliyi və s. məsələlər haqda məlumatlandırılacaqlar.
Həqiqət İSABALAYEVA
22/01/16 Çap et