Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Cisco”: “2015-ci ildə kibercinayətkarların aktivliyi artıb”


"Cisco" şirkəti 2015-ci il üçün kibertəhlükəsizlik üzrə yeni hesabat dərc edib. Sənədə görə, ötən il kibercinayətkarlar xeyli aktivləşib, Belə ki, hakerlər məxfi məlumatları oğurlayıb, qurbanlardan pul alıb və serverlərin gücündən istifadə ediblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti  "securitylab.ru" resursuna istinadən yazır ki, 2014-2015-ci illərdə "XSS" boşluqların sayı əhəmiyyətli dərəcədə azalıb, "CSRF" boşluqları isə, əksinə, çoxalıb.
 
Mütəxəssislər "Adobe Flash" platformasının təhlükəsiz olmamasını etiraf edərək hazırda kibercinayətkarların istifadə edə biləcəkləri imkanların qarşısını almaq üçün tədbirlər görürlər.
 
Sənəddə, həmçinin təhlükəsizlik üçün böyük təhdidlər törədən bütün boşluqlar sadalanıb.
 
"Cisco"nun məlumatına görə, təşkilatlar informasiyanı qovşaqlar arasında göndərən zaman şifrləmədə müəyyən uğurlar qazanıblar, lakin bəzən saxlanılan məlumatlar mühafizə olunmur. Son bir neçə ildə baş verən əksər genişmiqyaslı insidentlər məhz məlumat emalı mərkəzləri və digər daxili sistemlərdə saxlanılan şifrlənməmiş məlumatlarla əlaqədardır.
 
2015-ci ildə cinayətkarlar daha çox reklam, fişinq, casus  kimi zərərli proqram təminatı növlərindən istifadə ediblər.
 
Nizam Nuriyev




23/01/16    Çap et