Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Füzuli Poçtamtı elektron poçt xidmətini həyata keçirir
Ərazisinin böyük bir hissəsi işğal altında olan və hazırda mərkəzi Horadiz qəsəbəsi olan Füzulidə yüksək keyfiyyətlə elektron poçt xidməti tətbiq olunub.
Filialın rəisi Ceyhun Məmmədov bildirib ki, istənilən yerə məktubların, məlumatların elektron formada göndərilməsində heç bir problem yoxdur. Bu sahədən kifayət qədər gəlir götürdüklərini bildirən poçtamt rəisi vətəndaşların onların xidmətindən razı qaldıqlarını deyib.
Qeyd edək ki, skayner vasitəsilə surəti köçürülüb qarşı tərəfə göndərilən məktubun hər vərəqinə görə poçtamt 50 qəpik xidməthaqqı alır.
10/06/11 Çap et