Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azerspace-1” peyki üzərindən daha bir kanal yayıma başladı
Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən "The Georgian Public Broadcasting (GPB)" şirkətinə daxil olan daha bir kanalın kommersiya yayımına dair müqavilə imzalayıb.
Müqaviləyə əsasən, GPB-nin tərkibində fəaliyyət göstərən "2TV" ictimai kanalı artıq "Azerspace-1" peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11095/H/27500 tezliyi ilə yayımlanmaqdadır.
Qeyd edək ki, "2TV" kanalı 1991-ci ildə təsis edilib. Hazırda Gürcüstan əhalisinin 55%-i tərəfindən izlənilən bu kanal vasitəsilə gürcü dilində, əsasən, ictimai-siyasi və sənədli proqramlar nümayiş olunur.
28/01/16 Çap et