Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar öz sahibini tanıyacaq


"Google" şirkəti sifətin tanınması texnologiyası üzrə ixtisaslaşmış "Movidius" startapı ilə saziş imzalayıb. Texnologiya şirkətlərinin əməkdaşlığı smartfonlarda sifətin tanınması funksiyasının tətbiqinə hesablanıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "psm7.com" saytına istinadən yazır ki, biometrik eyniləşdirmə trendinə əsasən, "Google" real vaxt rejimində  sifətin tanınması funksiyasına malik smartfonlar istehsal etməyi planlaşdırır.

Bu seçim ənənəvi parol və PİIN kodlara əvəzetmə kimi istifadə edilə bilər. İstifadəçi, sadəcə, öz sifətinin şəklini çəkməklə ödənişin edilməsini təsdiq edə biləcək.

Emil Hüseynov
 





28/01/16    Çap et