Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresinə hazırlıq üzrə İşçi Qrupunda təmsil olunub


 Rabitə və Yüksək  Texnologiyalar Nazirliyi (RYTN) Ümumdünya Poçt İttifaqının konqresinə hazırlıq üzrə İşçi Qrupunda təmsil olunub.

Yanvarın 26-da Moskva şəhərində baş tutan ilk iclasda Regional Rabitə Birliyinin (RRB) Azərbaycanla yanaşı digər üzv ölkələri, o cümlədən, Özbəkistan, Rusiya Federasiyasının nümayəndələri iştirak edib, Belarus, Qazaxıstan, Moldova mütəxəssisləri isə tədbirə videokonfrans vasitəsilə qoşulublar.
 
 
İclas çərçivəsində  İşçi qrupunun tərkibinin formalaşdırılması,  ÜPİ-də reformlar üzrə layihə qrupunun iclasının yekunları barədə məlumat mübadiləsi,  RRB-nin üzvü olan ölkələrin Rabitə Administrasiyaları tərəfindən ÜPİ-nin 26-cı Konqresində baxılmaq üçün hazırlanmış Ümumi təkliflərin müzakirəsi, RRB-nin üzvü olan ölkələrin ÜPİ-nin Administrativ Şurasına və Poçt Əməliyyatları Şurasına namizədliyinin təklif edilməsi və digər məsələlər müzakirə edilib.
 
 
Qeyd edək ki, Ümumdünya Poçt İttifaqının konqresi 20 sentyabr-7 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.
 
Həqiqət İSABALAYEVA
 
 




28/01/16    Çap et