Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Görmə məhdudiyyətli insanların hərəkətinə kömək edən xüsusi baş geyimi yaradılıb
Karlsrue Texnologiya İnstitutunda çalışan alim Florian Braun tərəfindən hazırlanmış xüsusi baş geyimi toxunulmaqla duyulan təsirlərin köməyi ilə gözdən əlil insanların hərəkət etməsinə kömək edəcək. Qurğu "Proximity Hat" adlandırılıb.
"Ağıllı" baş geyimi 6 ultrasəs modulu ilə təchiz edilib. Bu modullar ətrafda yerləşən obyektlərə saniyədə 50 dəfə siqnal göndərir.
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, sensor öz hərəkəti istiqamətində yerləşən obyekt aşkar etdikdə insanın başını obyektin yerləşdiyi hissədən ehmalca sıxır. Obyektdə qədər olan məsafə azaldıqca sıxma daha da güclənir ki, nəticədə istifadəçi məkanda öz yerini təqribi təxmin edir.
Belə sistem çox əlverişlidir ki, çünki digər hisslər (məsələn, eşitmə) sərbəst qalır.
Emil Hüseynov
30/01/16 Çap et