Azərbaycanda “Yaşıllığı düşün” mövzusunda poçt markaları dövriyyəyə buraxılıb
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC yeni poçt markaları, suvenir vərəq və buklet nəşr etdirib. "Yaşıllığı düşün" mövzusundakı nəşr yaşıllığın təbliği məqsədi daşıyır.
Qurumdan "ICTnews" Elektron Xəbər Xidmətinə verilən məlumata görə, markaların nominal dəyəri 0,2 və 0,6 manata, suvenir vərəqin dəyəri 1 manata, bukletin dəyəri isə üzərindəki markaların qiymətinin cəminə bərabərdir.
Qeyd edək ki, Azərbaycanın da üzv olduğu Avropa Poçtu təşkilatının tövsiyəsinə əsasən, Avropa ölkələri mütəmadi olaraq müəyyən mövzularda poçt markaları buraxır. Sözügedən poçt markaları, suvenir vərəq (poçt bloku) və buklet bu tövsiyələr çərçivəsində nəşr etdirilib.
CAHANGİR