Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər nanotexnologiya sayəsində maye materialı kəsməyə müvəffəq olublar (VİDEO)


Şanxay Universitetində çalışan alimlər hazırlanmış maye materialı kəsməyə və ona müxtəlif formalar verməyə müvəffəq olublar. Belə nəticəni əldə etmək üçün maye qalınlığı 20 nanometr olan hidrofob materialla örtülüb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, istifadə edilən material xüsusi silikon hissəciklərindən ibarətdir və birtəbəqəlidir. Məhz bunun sayəsində material öz şəffaflığını saxlayır. Alimlər yeni materialı "maye plastilin" adlandırıblar. Hidrofob alətin köməyi ilə maye materiala toxunduqda o, öz formasını saxlayır.







Eyni zamanda yeni materialın iki damcısı eynilə su damcıları kimi birləşir.
Maye plastilinin qabarıq damcıları maye böyüdücü linzalar istehsalında istifadə oluna bilər.

Emil Hüseynov
 
 





04/02/16    Çap et