Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Türkiyənin rəsmi saytları dağıdıldı
“Anonymous” haker qrupu Türkiyədə internet-senzura sisteminin reallaşdırılması üzrə plan təklif edən türk hökumət saytına hücum edərək yenidən öz varlığını xatırladıb. Respublika prezidenti yanında kommunikasiyalar üzrə türk komissiyasının saytı dünəndən qeyri-aktivdir.
"Son bir neçə il ərzində biz türk hökumətinin internet üzərindəki nəzarəti necə kəskinləşdirdiyini gördük. O, onlayn-jurnalistlər üzərində təhqiredici təhqiqatlar apararaq, minlərlə sayt və bloqu blok edib. İndi hökumət 22 avqustdan filtrasiyanın yeni sistemini daxil etmək istəyir, bu da şəbəkənin bütün yerli istifadəçilərinin fəaliyyət hesablarını aparmağa icazə verəcək. Hərçənd bu layihənin detalları hələ ki təsdiq edilməmiş qalır, lakin şübhə yoxdur ki, hakimiyyət internet-senzuranın plankasını yeni səviyyəyə qaldırır"- “Anonymous”un bəyanatında deyilib.
Qrup bildirib ki, rəsmi türk saytlarına “Operation Turkey” aksiyası çərçivəsində hücum edilir. Kommunikasiyalar üzrə Komissiyanın saytına hücum dünən təxminən axşam saat 7-də başlayıb.
"Biz ölkəmizə qarşı edilən təhlükədən geri çəkilməyə hazırlaşmırıq. Biz belə cinayətlərlə mübarizə üçün məsuliyyət daşıyan dövlət orqanlarını hərəkətə başlamağa çağırırıq" - internet-nizamlama üçün məsuliyyət daşıyan komissiya bölməsinin başçısı Yavuz Kosoğlu belə deyib.
Türk mətbuatı qeyd edib ki, bir sıra türk istifadəçiləri yeni layihəyə qarşı küçə aksiyaları keçirib, bundan başqa şəbəkədə ölkədə prezident seçkiləri ərəfəsində 3 günlük etiraz aksiyasına çağıran aktivistlər qrupu yığılır.
10/06/11 Çap et