Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir : “Azərbaycanda həddindən çox internet-provayder var”
Təkrar provayderlərin bazarda üzləşdikləri problemlər Azərbaycanın internet-bazarında birləşmə və möhkəmlənmənin səbəbi ola bilər. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bidirib.
Nazirin sözlərinə görə, buna bəzi provayderlərin son istifadəçilər üçün internet xidmətləri üzrə rəqabətli tariflər təqdim etməyə qadir olmamaları gətirib çıxara bilər.
"Tənzimləyici orqan kimi nazirliyin bu gün atdığı addımlar müəyyən dərəcədə, təklif olunan provayder xidmətlərinin dəyərini azaltmağa imkan verir. Bəzi kiçik provayderlər xidmətlərin dəyərini azalda bilmirlər". Ə. Abbasov qeyd edib ki, bu məsələ bazarın müvafiq seqmentində birləşmə ilə həll edilə bilər.
Bu gün Azərbaycanın internet-bazarında internet xidmətləri təklif edən kifayət qədər çox şirkət var. Abbasovun sözlərinə görə, onların sayı 40-a çatır ki, bu da Azərbaycan üçün çox böyük rəqəmdir.
20/09/11 Çap et