Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İsrail şirkəti hərbi robot gəmi istehsal edib


İsrailin “Elbit” silah istehsalçısı okeanda minalanmış ərazilərin təmizlənməsi üçün nəzərdə tutulan yeni pilotsuz "Seagull” adlı gəmi istehsal edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, şirkət bildirir ki, insan həyatını təhlükə altına almadan minaları axtarmağa imkan verən sistem dənizin həm kəşf edilən, həm də kəşf edilməyən hissələrində əməliyyat zonasının öyrənilməsi, minaların axtarılması, müəyyənləşdirilməsi, təsnifatı, identifikasiyası, zərərsizləşdirilməsi və sonradan təsdiqi daxil olmaqla missiyalar planlaşdırmağa və əməliyyatlar keçirməyə şərait yaradır. “Seagull” minaların axtarışı və neytrallaşdırılması üçün bütün zəruri avadanlıqla təchiz edilib.

Bir sözlə, digər gəminin komandiri müəyyən zonanın öyrənilməsi və minadan təmizlənməsi üçün bir-iki "Seagull” robot gəmisi göndərə bilər. Eyni anda iki gəmini idarə etmək mümkündür ki, bu da çox əlverişlidir.

“Elbit” gəminin texniki xüsusiyyətlərini və alıcıların adını hələ ki açıqlamayıb. Lakin əksər ölkələrin hərbi-dəniz qüvvələri uzun müddətdir dəniz minalarının axtarışı və zərərsizləşdirilməsi üzrə işi görə biləcək robot gəmilər almaq istəyir.

Nizam Nuriyev 





09/02/16    Çap et