Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyada dünyada ilk dəfə 3D bioprinter vasitəsilə işlək daxili orqan çap edilib


Rusiyanın "Skolkovo" İnnovasiya Mərkəzinin rezidenti (iştirakçı şirkət) tərəfindən hazırlanmış 3D bioprinterdə işlək orqan çap edilib.  Bu haqda "Skolkovo" Fondunun vitse-prezidenti Kiril Kaem məlumat verib.

"ICTnews" Elektron Xəbər Xidməti "interfax.ru" saytına istinadən yazır ki, 3D bioprinterdə sümük, sinirləri, hətta orqanları çap etmək mümkündür.

Kiril Kaem deyib ki, "Skolkovo"nun rezidenti düzgün bioprinter hazırlamağı öyrənib və dünyada ilk dəfə işlək orqan (qalxanvari vəz) çap edərək onu siçanın bədəninə  köçürüb. Transplantasiyadan sonra qalxanvari vəz normal işləyir, hormon ifraz edir. Kaem bunu əsl inqilab kimi qiymətləndirib.

Fondun vitse-prezidenti bildirib ki, şirkət artıq bioprinterlərin başqa laboratoriyalara satışına başlayıb. Həmçinin digər orqanların (məsələn, böyrək və qaraciyər) çap edilməsi planlaşdırılır.

"İnsan üçün işlək orqanların bioprinter vasitəsilə çap edilməsinə 15 ildən çox vaxt sərf olunacaq" – Kiril Kaem belə düşünür.

Emil Hüseynov





10/02/16    Çap et