Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron şəxsiyyət”ə müdaxiləni qeyri-mümkün edən təhlükəsiz “RFID” çip yaradılıb


Massaçusets Texnologiya Universitetinin (ABŞ) mütəxəssisləri tərəfindən yaradılmış radiotezlikli identifikasiya ("RFID") üçün ən yeni çip haker hücumlarına qarşı dayanıqlıdır.

"ICTnews" Elektron Xəbər Xidməti "hronika.info" saytına istinadən yazır ki, universitetin professoru kimi Çiraak Cuvekar bildirib ki, bu yaxınlarda hazırlanmış "RFID" çipə müdaxilə qeyri-mümkündür. Bu, mütəmadi olaraq məxfi açarları dəyişən yeni texnologiyanın tətbiqi ilə izah edilir.

Belə ki, hər bir əməliyyatdan sonra çip təsadüfi rəqəmlər generasiya edərək yeni rəqəmsal açarlar tərtib edir.
Belə "RFID" çiplərdən istifadə artdığı halda bu, o deməkdir ki, hakerlər sizin "elektron şəxsiyyət"inizə, kredit kartının nömrəsinə müdaxilə edə bilməyəcək.

Emil Hüseynov





10/02/16    Çap et