Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlarda süni intellekt və neyron şəbəkələrinin tətbiqi üçün 168 nüvəli çip yaradılıb


Massaçusets Texnologiya İnstitutunda işləyən alimlər süni intellekt və neyron şəbəkələrinin yığcam qurğularda tətbiqi üçün 168 nüvəli “Eyeriss” çip təqdim ediblər.  Bu halda sözügedən neyroçip müasir smartfonlara qurulmuş qrafik sürətləndiricilərlə müqayisədə 10 dəfə az enerji sərf edir.

“ICTnews” Elektron Xəbər Xidməti “pda.ru” saytına istinadən yazır ki, 168 nüvəli neyroçipdə hər bir nüvənin öz yaddaşı var və bütün nüvələr yaxınlıqda yerləşən digər nüvələrlə məlumat mübadiləsi etmək imkanına malikdirlər. Bundan başqa, neyroçip bir ədəd irihəcmli yaddaş massivinə malikdir, nüvələr arasında ötürülən bütün məlumatlar isə xüsusi prosedur vasitəsilə sıxılır ki, bu da yaddaşın həcminə qənaət etməyə və  informasiya mübadiləsinin sürətini yüksəltməyə imkan verir.

“Eyeriss” prosessoru sayəsində smartfon və digər mobil qurğular mürəkkəb hesablamaları uzaq serverə ötürməyərək özləri yerinə yetirəcəklər.

Emil Hüseynov





11/02/16    Çap et