Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Prezident İlham Əliyev “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru ilə görüşüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxendə "Kaspersky Lab" şirkətinin sahibi və icraçı direktoru Yevgeni Kasperski ilə görüşü olub.

Görüşdə "Kaspersky Lab" şirkətinin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılib.





13/02/16    Çap et