Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cenevrədə “Şəbəkəyə qoşulmuş avtomobilin gələcəyi” müzakirə olunacaq


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə 3 mart tarixində Cenevrədə "Şəbəkəyə qoşulmuş avtomobilin gələcəyi" mövzusunda simpozium keçiriləcək. Simpozium 3-13 mart tarixlərində reallaşacaq 86-cı Cenevrə Beynəlxalq Avtomobil Sərgisi çərçivəsində təşkil olunacaq.
 
Texniki sessiyaların gedişatında nəqliyyat sahəsində avtomatlaşdırma, informasiya təhlükəsizliyi və məxfiliyin qurulması imkanları, avtomatlaşdırma sahəsində gələcək perspektivlər və. s. məsələlər işıqlandırılacaq. İttifaqın yaydığı məlumata (http://www.itu.int/en/fnc/2016/Pages/default.aspx) görə, simpoziumda BTİ-nin bütün üzv ölkələri iştirak edə bilərlər.
 
Qeyd edək ki, Azərbaycan da BMT-nin informasiya-kommunikasiya texnologiyaları üzrə ixtisaslaşmış agentliyi olan BTİ-nin üzvüdür. 1992-ci ildə ittifaqın 167-ci üzvü seçilən Azərbaycan BTİ-nin Nizamnamə və Konvensiyasına qoşulub.
 
Həqiqət İSABALAYEVA





15/02/16    Çap et