Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünya əhalisinin 44%-i internetə çıxış imkanına malik olacaq


“IDC” analitik şirkətinin qiymətləndirməsinə görə, 2016-cı ildə 3.2 milyard nəfər (dünya əhalisinin 44%-i) internetə çıxış imkanına malik olacaq. 2 milyarddan çox nəfər isə mobil qurğulardan istifadə edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “therunet.com” saytına istinadən yazır ki, 2016-cı ilin  yanvarında Davosda keçirilmiş Ümumdünya İqtisadi Forumunda ən maraqlı hesabatlardan biri dünyada internetin nüfuzetmə tempinin azaldılmasına həsr edilib. Tədqiqatın müəllifləri öz fikirlərini belə əsaslandırıblar ki, internetə çıxış üçün texnoloji və maliyyə imkanları olduğu halda belə bir çoxları ondan istifadə etmir. Sözügedən tədqiqatın nəticəsi ondan ibarətdir ki, istifadəçilərə məhz lokal məzmun lazımdır. Birinci, ikinci və üçüncü dünya ölkələri arasında "rəqəmli fərq" məzmun yaradıcıları və istehlakçıları arasında tənasübsüzlük artdıqca artacaq.

Hər il “GSMA” assosiasiyası tərəfindən keçirilən "Mobil iqtisadiyyat" tədqiqatına əsasən, dünyada internetin qlobal nüfuzetmə səviyyəsi təxminən 60% təşkil edir. Bu halda Qərbi Avropada nüfuzetmə səviyyəsi 78.5%, Cənubi Afrikada 41%, Asiyada 45%, Ərəb ölkələrində 54%, Şimali Amerikada 70%, İndoneziyada 37%, Hindistanda isə 36% təşkil edir.

Emil Hüseynov





15/02/16    Çap et