Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil proqramların 25%-i təhlükəlidir


ABŞ-ın "NowSecure" şirkətinin hesabatına əsasən, mobil proqramların təqribən 11 faizi istifadəçilərin məlumatlarını kənar şirkətlərə göndərir. Biznes proqramları əksər hallarda müştərilərin etibarından sui-istifadə edir. Belə ki, bu tip proqramlar digər mobil proqramlarla müqayisədə fərdi məlumatları 3 dəfə daha çox açıqlayır.

"ICTnews" Elektron Xəbər Xidməti "therunet.com"  saytına istinadən yazır ki, şirkət 400 mindən çox mobil proqram və onların təhlükəsizliyi ilə bağlı təxminən 140 milyon məlumat təhlil edib.

Hesabata əsasən, mobil proqramların 24 faizdən çoxu ən azı bir təhlükəli boşluğa malikdir. Bu göstərici üzrə lider mobil oyunlardır.

"NowSecure" şirkətinin mütəxəssislərinin qiymətləndirməsinə əsasən, orta hesabla hər bir qurğu gündəlik 160 unikal IP ünvana qoşulur. Mobil cihazların trafikinin 35 faizi şifrlənmir.

"NowSecure" şirkəti 2009-cu ildə təsis edilib və Çikaqoda yerləşir. Mobil texnologiyaların təhlükəsizliyi sahəsində dünya liderlərindən biridir.

Emil Hüseynov





16/02/16    Çap et