Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ağıllı” televizorlar öz sahiblərini izləyir


Cənubi Koreyanın "Samsung" şirkətinin istehsalı olan "ağıllı" televizorlar danışığı dinləyərək öz sahiblərini izləyə, məlumatları üçüncü tərəfə göndərə bilər.

Adı çəkilən şirkət öz müştərilərini "ağıllı" televizor qarşısında şəxsi işləri barədə müzakirədən imtinaya çağırıb. Bu xəbərdarlıq məsafədən idarəetmə pultunun köməyi ilə deyil, səslə "Samsung Smart TV"-yə komandalar verən istifadəçilərə şamil olunur.

"ICTnews" Elektron Xəbər Xidməti "securitylab.ru" saytına istinadən yazır ki, məlumatdan istifadə qaydalarında yazılır ki, qurğu veriləcək komandanın müəyyənləşdirilməsi məqsədilə otaqda olan insanları dinləyir.

Gizlicə dinləyən televizorlar haqda xəbər internetdə yayıldıqdan sonra "Samsung" şirkəti səsli idarəetmədən istifadə qaydalarını izah edən  bəyanat dərc edib. Şirkət rəsmilərinin sözlərinə görə, qaydalar istifadəçilərə "Smart TV" funksiyaları haqda tam informasiya çatdıran "şəffaflıq siyasəti" çərçivəsində dərc edilib.

Qaydalara görə, müştəri danışıq komandaları funksiyasını aktivləşdirmək istəyirsə, bilməlidir ki, bəzi səsli komandalar üçüncü tərəfə (hazırda "Nuance Communications" şirkəti) göndərilə bilər. Toplanmış informasiya yadda saxlanılmır və satılmır.

Emil Hüseynov





16/02/16    Çap et