Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Acer” şirkətinin sabiq rəhbəri “Lenovo” şirkətində işə düzəlib


“Acer” şirkətinin keçmiş icraçı direktoru Canfranko Lançi “Lenovo” şirkətində konsultant vəzifəsini tutacaq. Lançinin işə götürülməsi faktını “Lenovo” nümayəndəsi təsdiq edib.

O, həmçinin bildirib ki, Lançi şirkətdə istehlak pərakəndə məsələləri ilə məşğul olacaq. “DigiTimes” bildirib ki, “Acer”in sabiq rəhbərinin Pekinə gəlməyinə ehtiyac yoxdur. O, İtaliyada qalacaq və “Lenovo” şirkətinin Avropadakı biznesi üçün cavabdeh olacaq.

Avropa “Lenovo” şirkəti üçün prioritet bazarlardan biridir. Regionda öz mövqelərini gücləndirmək üçün “Lenovo” şirkəti 2011-ci ilin iyul ayında “Medion AG” alman kompyuter istehsalçısını alıb.

“Lenovo”, kompyuter istehsalına görə üçüncü yerdədir, noutbuk və planşet bazarında “Acer” şirkəti ilə rəqabət aparır.




20/09/11    Çap et