Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmsal məlumatların milyardlarla il ərzində saxlanılması üsulu yaradılıb


Böyük britaniyalı alimlər 190 dərəcə temperaturda rəqəmsal məlumatların milyardlarla il ərzində saxlanılması üsulunu yaradıblar.

Böyük Britaniyada Sauthempton Universiteti nəzdində Optoelektronika Tədqiqat Mərkəzində çalışan mütəxəssislər femtosaniyə lazerin köməkliyi ilə informasiyanın "5D strukturda" yazılması və oxunması metodunu hazırlayıblar.

"ICTnews" Elektron Xəbər Xidməti "cnews.ru" saytına istinadən yazır ki, yeni yaddaş ilk dəfə 2013-cü ildə nümayiş etdirilib. O vaxt tədqiqatçılar laboratoriya sınağı çərçivəsində 300 KB tutumunda kompüter test faylını "5D" struktura yerləşdiriblər. Bu yaxınlarda alimlər Meksikada "5D" strukturda yazılmış Ümumdünya İnsan Hüquqları Bəyannaməsini təqdim ediblər.

Yeni texnologiya standart ölçülü 1 ədəd optik diskdə 360 TB rəqəmli informasiya yadda saxlamağa imkan verir. Belə daşıyıcı 190 dərəcə temperaturda informasiyanı 13.8 milyard il ərzində yadda saxlayacaq.

Layihə iştirakçıları qeyd edirlər ki, yeni yaddaş milli arxiv, muzey, kitabxana və başqa təşkilatlar kimi böyük arxivlər üçün faydalı ola bilər.

"Yeni texnologiya sivilizasiyanın mövcudluğun üzrə sübutları yadda saxlamağa imkan verəcək" – Optoelektronika Tədqiqat Mərkəzinin əməkdaşı Piter Kazanski deyib.

Emil Hüseynov





17/02/16    Çap et